Rusiyanın Omsk vilayətində 53 yaşlı baba 2 yaşlı nəvəsini sobaya ataraq yandırıb.
Teleqraf.com Rusiya mətbuatına isrinadən xəbər verir ki, baba həyat yoldaşı ilə içki içərkən uşağın qəlbinə şeytan girdiyini deyərək onu sobaya atıb.
İçkili nənə buna mane olmaq istəsə də cəhdləri uğursuz alınıb və qışqıraraq qonşuları köməyə çağırıb. Qonşular ağır dərəcədə yanmış uşağı sobadan çıxararaq xəstəxanaya çatdırıblar.
Məlumata görə, uşağın 21 yaşlı anası İrina Andreyva işə getdiyi üçün onu valideynlərinin yanına qoyub.
Cani baba saxlanılıb. Reanimasiyada olan uşağın durumu ağır olaraq qiymətləndirirlir.
Qeyd edəki ki, bu ilin yanvar ayında Rusiyada Xakasiya vilayətinin Taptış rayonunun kəndlərindən birində sobanın içərisində 11 aylıq körpənin külə dönmüş meyiti tapılıb.
Müstəntiqlərin məlumatına əsasən, uşağın anası oğlunu 42 yaşlı nənəsi və 47 yaşlı babasının yanında tərk edərək qonşu kəndə gedib. İçkili halda olan baba və nəvə qətl törədiblər. Körpənin sobadakı meyitini ailənin qohumlarından biri aşkar edib.