26 Aprel 2019 22:58
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arizona əyalətində sevdiyi şəxsə 159 min sevgi mezajı atan Jacqueline Ades həbs edilib.

Teleqraf.com xəbər verir ki, Ades bircə dəfə görüşdüyü kişiyə hər gün azı 500 mesaj yazıb. Buna görə də qarşı tərəf onu məhkəməyə verib. 2018-ci ilin mayında həbs edilən qadın hələ də türmə həyatı yaşayır.

Qadın "sevgilisinə" "böyrəklərində suşi hazırlayacam", "qanında çiməcəm" kimi zorakı xarakterli mesajlar yazıb.

Məhkəmədəki ifadəsində qadın bildirib ki, mesajlar zarafat xarakterli olub: "Ümid edirəm ki, azadlığa buraxılacam və həmin şəxslə evlənəcəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər