3 May 2019 14:27
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşədirilib.

Məhkəmənin baxış iclası mayın 10-na təyin edilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Haldun Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir.

Vətəndaşların şikayətləri əsasında Haldun Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

Lakin o, istintaqdan yayınıb.

Daha sonra Haldun Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər