İsmayıllı rayonunda narkotik vasitlərin satışı ilə məşğul olan şəxsə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Paşayev saxlanılıb.
Onun atasına məxsus avtomobildə daşıdığı, eləcə də yaşadığı evdə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə onun yaşadığı evdən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan, qanunsuz olaraq saxladığı 1 ədəd “ Vinçestr” markalı ov tüfəngi və həmin silaha məxsus 130 ədəd karteç, eləcə də 1 ədəd pnevmatik tipli tapança, bir ədəd sandıq və 371 ədəd qırma aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.