Xaçmazda qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Vüsalə Mirzəyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanov və onun anası Narxanım Osmanova ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Vüsalə Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə Maarif Osmanova döş qəfəsindən zərbələr endirib.
Nəticədə Maarif Osmanov hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Vüsalə Mirzəyevanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.