3 May 2019 17:45
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Şəfaq Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, paytaxtın Nərimanov rayonu ərazisində Şəfəq Ağacan narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər