6 May 2019 13:40
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Rəcəb Məmmədov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Zığ qəsəbəsində Rəcəb Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümükün olub.

Daha sonra Rəcəb Məmmədov həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər