6 May 2019 16:57
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində İqbal Ağazadə ifadə verib.

İqbal Ağazadə təqsirləndirilən Sərməs Tağıyevin ona qarşı 165 min manatlıq dələduzluq edildiyini təsdiq edib.

O, dəymiş ziyanın ödənildiyini, Sərməs Tağıyevdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.

Növbəti proses mayın 10-da davam edəcək.

İttihama görə, Sərməs Tağıyev İqbal Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, bundan əvvəl də eyni maddə ilə mühakimə olunub. 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.

Bundan başqa, Sərməs Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərməs Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tağıyev apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Sərməs Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər