13 May 2019 11:57
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda tələbəni qətlə yetirməkdə təqsirli bilinən Ağstafa rayonu Dağ Kəsəmən sakini, 2000-ci il təvəllüdlü Rauf Murğuzovun barəsində olan cinayət işi məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Rauf Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonun Atatürk prospektində Ağstafanın Dağ Kəsəmən sakinləri, 2000-ci il təvəllüdlü Rauf Murğuzov həmkəndlisi, 2000-ci il təvəllüdlü Elman Xəlilovla mübahisə edib.

Mübahisə davaya çevrilib və Rauf Murğuzov Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

Öldürülən Elman Xəlilov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub. Rauf Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alırdı.

Məlum olub ki, həmkəndlilər arasında mübahisə qız üstündə yaranıb. Öldürülən Elman Xəlilov 4 bacının tək qardaşı olub. Həmçinin qətli törədən şəxslə uşaqlıq dostu olublar.

Istintaq orqanı tərəfindən Rauf Murğuzovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər