14 May 2019 15:51
2 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncə etməkdə təqsirli bilinən Qaradağ rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib.

Həmin maddənin sanksiyası çərçivəsində cəza çəkmə müddət başa çatdığı üçün Əliqulu Ağamaliyevə cəza təyin edilməyib.

İstintaq orqanı tərəfindən Əliqulu Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham elan edilib.

Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınıb. Əliqulu Ağaliyevin iştirakı ilə Əli Allahverdiyevə işgəncə verilib.

Əliqulu Ağaliyev barəsində polisin nəzarəti verilmə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər