16 May 2019 21:16
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda 66 yaşlı kişi döyülərək öldürülüb.

Təzəkənd kənd sakini, 66 yaşlı Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov mübahisə nəticəsində aldığı zədədən vəfat edib.

Mübahisəyə səbəb Bəfadar, Pərvin, Elnur, Telman və İlham adlı şəxslərin mərhumun evinin qarşısındakı su kollektorunun üzərində yerləşən piyada körpüsünü dağıtmaq istəmələri olub. Həmin şəxslər mal-qaranın körpüdən keçərək, onların ərazilərinə girməsinin qarşısnı almaq üçün belə bir addıma əl atıblar.

Onlara mane olmağa çalışan B.Rəhmanov döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Özünü pis hiss edən kişini xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib. Faktla bağlı şübhəli bilinən 3 qardaşın saxlanıldığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər