7 Sentyabr 2014 12:19
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobilin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan qarajın içərisində quraşdırılmış elektirik lövhəsi və elektrik kabelləri 20 p.m yanıb.

Yüksək temperaturdan qarajda olan "LEXUS" markalı minik avtomobilinin qabaq hissəsində plastmast hissələr və qarajın lambirdən ibarət tavan 8 kv.m sahədə deformasiyaya uğrayıb. Qarajın qalan hissəsi, avtomobil və bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: