19 May 01:54

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

1999-cu il təvəllüdlü Quliyev Ümid Sadiq oğlu bıçaq xəsarəti alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılaraq, Reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməlliyyat olunub.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinə məlumat verilib.


Müəllif: Teleqraf.com