Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 1985-ci il təvəllüdlü Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Orxan Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Orxan Rzaquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.