21 May 2019 13:48
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Lerik rayonunda itkin düşən şəxsin meyitinin tapılması ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik rayon polis şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Mayın 19-da Abil İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.

Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər