30 Aprel 2014 11:26
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində bıçaqlanma olub. Bu barədə Teleqraf.com-a Mingəçevir şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, şəhər sakini Əfqan Nəsibov həmyerlisi Eşqin Kərimovu bıçaqlayıb. Eşqin Kərimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Əfqan Nəsibov həbs edilib. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. Əfqan Nəsibov deyib ki, Eşqin Kərimovla arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: