Şəkinin Qoxmuq kəndində bədbəxt hadisə baş verib.
Kənd sakini 1983-cü il təvəllüdlü Məcidov Tural Vahid oğlu rəngsazlıqla məşğul olarkən elektirik lampası partlayıb və yanğın baş verib.
Ağır xəsarət alan Tural Məcidov təcili olaraq Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə onun bədənin 60%-i yanıb.
Xəstənin vəziyyəti ağırdı. Tural Məcidovun müalicəsinin davam etdirilməsi üçün paytaxta göndərilib.
KanalS