Əfqanıstanda təcavüzdə ittiham olunan 7 nəfərə edam cəzası verilib
Əfqanıstanda qrup halında təzavüz etməkdə ittiham olunan 7 kişiyə edam cəzası verilib.
Əfqanıstanda bütün ölkənin etirazına səbəb olan bu hadisə bu il avqustun 23-da baş verib. Belə ki, polis forması geyinmiş 7 nəfər toydan paytaxt Kabilə qayıdan 4 nəfər qadını qaçırıb, onlara təcavüz etməkdə, üzərlərindəki zinət əşyalarını da qarət etməkdə ittiham olunurlar.
Lakin ittiham olunanlardan ikisi qadınları qaçırdıqlarını və soyğunçuluq etdiklərini qəbul etsə də, onlara təcavüz etmədiklərini bildirib.
Bu hadisəni polisə xəbər verən qadınlar isə qaçırılıb, qarət olunduqlarını və təcavüzə məruz qaldıqlarını bildiriblər. Təcavüzə uğrayan qadınlardan birinin bir həftə xəstəxanada yatdığı, digərinin isə hamilə qaldığı da qeyd olunub.
Silahlı soyğun ittihamı ilə edam cəzası alan şəxslərin hər birinə təcavüz etmək ittihamı ilə də 15 il həbs cəzası verilib.
Kabilin polis rəisi Zahir Zahir ittiham olunanların sentyabrın 3-də saxlanıldıqlarını və “iki saat içində suçlarını etiraf etdiklərini” söyləyib.
Ancaq bəzi hüquq müdafiəçiləri məhkəmə prosesinin bu qədər sürətlə yekunlaşmasından narahatlıqlarını ifadə ediblər.
APA