24 May 2019 10:35
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda nənəsini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Eldar Əfəndiyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yanğın baş verib. Saat 09.30-da yanğın söndürüldükdən sonra həmin evdə yaşayamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib.

Bununla bağlı rayon prokurorluğuna məlumat verilib. Məlumat əsasında Nəsimi rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Tamilla Axundovanın nəvəsi Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olub. O bu cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

İstintaq orqanı tərəfindən Eldar Əfəndiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər