Sumqayıtda tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan təqsirləndirilən şəxsə prosesdə hökm oxunub.
Ataş Rəşidov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Cinayəti törədən şəxs həbs edilib.