Bakıda 3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs İlkin Xalıq oğlu Hüseynzadəyə qohumu, Bakı şəhəri, T.Abbasov küçəsi, ev 9, mənzil 50 ünvanında yaşayan vətəndaş Firudin Famil oğlu Salmanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı iki ədəd "Pfanner" meyvə şirəsinin içərisində xüsusi üsulla yerləşdirilmiş bir ədəd "Nokia", bir ədəd "C10" markalı mobil telefon aparatları və dörd ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.