27 May 2019 10:05
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda tələbəni qətlə yetirməkdə təqsirli bilinən Namiq Nərimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə material araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 12-nə təyin edilib.

İttihama görə, ötən il dekabrın 24-də Yevlax rayonu ərazisində 18 yaşlı Namiq Nərimanov münaqişə zəminində həmyerlisi və həmyaşıdı Ağa Əhmədova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Ağa Əhmədov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Namiq Nərimanov saxlanılıb.

Qətlə yetirilən Ağa Əhmədli Gəncədə yerləşən ali məktəblərdən birinin tələbəsi olub.

İstintaq orqanı tərəfindən Namiq Nərimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər