Xaçmaz rayonunda dələduzluq etməkdə təqsirli bilinən Rauf Hümbətov və Cahangir Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Rauf Hümbətov və Cahangir Rzayev Xaçmaz rayon sakinləri – Sima Orucova, Kamran Bağırov, Vaqif Seyidəliyev, Elşən Paşayev, Gülsabah Xanəliyeva və Faiq Qədirova qarşı dələduzluq edib.
Zərərçəkmişlərin şikayəti əsasında hər iki şəxs həbs edilib.
Məhkəmədə sərbəst ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər.
Məlum olub ki, hər iki təqsirləndirilən şəxs rayon sakinlərini işə düzəltmək adı ilə aldadıblar.