28 May 2019 11:46
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada qəsdən yanğın törətməkdə təqsirli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Fərahim Ağamirzəyevin cinayət işi baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Xəqani Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 3-nə təyin olunub.

İttihama görə, ötən il dekabrın 8-də, gecə saatlarında Quba rayon polis şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi aydınlaşıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Fərahim Ağamirzəyev dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Fərahim Ağamirzəyev zərərçəkmiş Şahbaz Əliverdiyevlə aralarında illərdir ədavət olduğunu bildirib.

Həmin gecə içkili vəziyyətdə olan Fərahim Ağamirzəyev gizlicə tövləyə daxil olaraq yanğın törədib.

İstintaq orqanı tərəfindən Fərahim Ağamirzəyevin barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər