28 May 2019 11:14
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əxlaqsızlıq yuvasının təşkilində ittiham olunan Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzova həbs olunublar.

Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb.

Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Mehman Həsənov və Baxşəli Qəhrəmanovun rəhbərlik etdiyi məlum olub.

Mehman Həsənov və Baxşəli Qəhrəmanov paytaxtın Nəsimi rayonu ərazisində "Jasmin”, ”Şarden”, ”Səma”, ”Play”, ”Dalğa” və Nərimanov rayonunda "Atilla”, ”Diana”, ”Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.

İstintaq orqanı tərəfindən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 9 qadın, 1 kişi zərərçəkmiş şəxs qismində tanınıb.

Bu cinayət işi üzrə qapalı məhkəmə iclası mayın 29-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər