3 İyun 2019 15:46
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 7-nə təyin olunub.

İttihama görə, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Qətlə yetirilən Adelya Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

İstintaq orqanı tərəfindən Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər