5 İyun 2019 23:13
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya polisi dəniz sahilindəki şübhəli qayıqda ölkə tarixində rekord miqdarda qeyri-leqal narkotik vasitə müsadirə edib.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın şərqində yerləşən Şizuoka prefekturasının sahillərindəki qayıqda təqribən 1000 kiloqrama yaxın narkotik vasitə aşkar edilib. Həmin narkotik vasitənin küçə qiymətinin təqribən 555 milyon dollar təşkil etdiyi bildirilir.

Polis həmin qayığın yaxınlığında olan yeddi nəfər Çin vətəndaşını gəlir əldə etmək məqsədilə qeyri-qanuni narkotik vasitəyə malik olmaqda şübhəli qismində saxlayıb. Polis həmin şəxslərin narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan beynəlxalq qaçaqmalçılar qrupu və yapon mütəşəkkil cinayətkar sindikatı ilə əlaqəli olmasından şübhələnir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər