Gəncə şəhəri ərazisində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Ə.Əliyev həbs edilib.
Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.