7 İyun 2019 20:45
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi dəqiqləşdirilib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aprılır.

19:13

Bakının Binəqədi rayonunda qətl törədilib.

Hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

"Akabe İnşaat" mağazasının yaxınlığında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq araşdırmalar aparırlar.

Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.


Müəllif: Teleqraf.com