Abşeron rayonunda qardaşı arvadını öldürən Rafiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rafiq Məmmədovun barəsində toplanan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Yaxın günlərdə bu dəhşətli qətl olayı ilə bağlı məhkəmə prosesi başlanacaq.
İttihama görə, bu il yanvarın 2-də Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Əqidə Məmmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Cinayət işi üzrə şahidlərin ifadələri alınıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-kriminalistik və biolojı ekspertizaları təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini Rafiq Məmmədovun qeyd edilən tarixdə, saat 16 radələrində aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində qardaşı arvadı Əqidə Məmmədovanı küt alətlərlə baş nahiyəsinə vurmaqla öldürdüyü müəyyən olunub.
Rafiq Məmmədov həbs edilib.
İstintaq orqanı tərəfindən Rafiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.