11 İyun 2019 12:11
2 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində axunda qarşı xuliqanlıqda təqsirli bilinən 1997-ci il təvəllüdlü Aslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Aslan Məmmədov 30 sentyabr 2017-ci il tarixdə, saat 23 radələrində “İmamzadə” tarixi abidə kompleksində keçirilən “Aşura” mərasimi ilə əlaqədar kompleksin içərisində “Məhəmmədiyyə” tarixi abidəsinin həyətindəki su hovuzunun qarşısında Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, İmamzadə kompleksinin axundu Tahir Abbasovun polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərən bir qadınla mübahisə etdiyini görüb.

Aslan Məmmədov ona aid olmayan mübahisəyə qoşulub və uca səslə dini şüarlar səsləndirib, ətrafdakı ziyarətçilərin dinciliyini pozub.

O, səs-küy salıb, adamların toplaşmasından bir qədər də cəsarətlənib. Heç bir əsas olmadan Tahir Abbasovun üzünə şillə vurub. Daha sonra onu yumruqla hücum çəkib.

Bu zaman könüllü olaraq “Aşura” mərasimində iştirak edən Kamal Qasımov Tahir Abbasova qarşı edilən hərəkətlərin almaq istəyib.

Aslan Məmmədov Kamal Qasımova da hücum çəkib, ona təpik zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Aslan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq tötətmək) və 221.2.2-ci (eyni əməlləri təkrarlamaqla xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hökmü ilə Aslan Məmmədovun aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il 11 ay 24 gün müddətinə islah işləri cəzası təyin olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Aslan Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrlik etdiyi kollegiyada apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib və Gəncə Apelyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada kasasiya protestinin dəlilləri araşdırılıb.

Protest təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər