2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əli seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətləri üzrə qərar elan edilib.
Qərara görə, onların kasasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Əbülfəz Bünyatov barəsində olan polis nəzəratətində qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalında həbs edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Elxan İsgənədovun barəsində həbs qətimkan tədbiri Nardaran hadisələrindən sonra seçilib.
Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.