13 İyun 2019 21:12
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qətldə ittiham olunaraq ölümə məhkum edilmiş 5 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, 4 il əvvəl Qorqan şəhərində baş verən davada qətl törədən 47 yaşlı məhkum Haşım Əmiri Qorqan həbsxanasında dara çəkilib.

Məhkum qızının toyunda iştirak etmək üçün barəsində çıxarılmış hökmün icrasının müvəqqəti olaraq təxirə salınması xahişi ilə dəfələrlə zindan rəhbərliyinə müraciət etsə də, onun bu xahişinə rədd cavabı verilib və məhkum qızının toyunu görmədən edam edilib.

Həmin gün, eyni ittihamla 3 məhkum da Kərəcin Rəcayişəhr həbsxanasında dar ağacından asılıb. Edam edilənlərdən ikisinin (Əmir Təhmasibi və Səməd Bəsidə) kimliyi mediaya açıqlanıb. Bildirilir ki, edam edilən məhkumlardan biri Əmir Təhmasib qətl ittihamı ilə yanaşı, cinsi təcavüzdə ittiham olunub.

İyunun 12-də adam öldürmədə ittiham olunan daha 1 məhkum Ərdəbil həbsxanasında dara çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər