9 Sentyabr 2014 11:37
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai Məhkəməsində gəlininə işgəncə verməkdə təqsirli bilinən Kəmalə Əzizovanın mühakiməsi davam edir.

Teleqraf.com-un xəbərinə görə, Bakı sakini Aynur Əsgərova 2012-ci ilin mayında Murad Əzimovla “şəriət nikahı” bağlayaraq ailə qurub. O, ər evinə köçəndən sonra dəhşətli işgəncələrə məruz qalıb. Aynur Əsgərova qayınanası Kəmalədən də işgəncə görüb.

Murad Əzizov və anası Kəmalə hər gün gəlini döyüb, ona dəhşətli əziyyətlər veriblər. Ayrı-ayrı vaxtlarda bıçağı qaz sobasında qızdıraraq bədəninin müxtəlif yerlərinə dağ çəkib, günlərlə ac saxlayıb, mütəmadi nalayiq söyüşlər söyməklə onun şəxsiyyətini alçaldıblar. Əri və qayınanasının işgəncələrinə dözməyən Aynur Əsgərova ata evinə qayıdıb.

Bundan sonra o, Xətai rayon Polis İdarəsinə şikayət edib. Kəmalə Əzizova bütün günahları öz boynuna götürüb. O, gəlininə işgəncə verdiyini, oğlunun bundan xəbəri olmadığını deyib.

Kəmalə Əzizova barəsində Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Murad Əzizovla bağlı hər hansı tədbir görülməyib.

Kəmalə Əzizovanın barəsində cinayət işi başlasa da, o, həbs edilməyib.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kəmalə Əzizovaya hökm oxunub. Məhkəmənin hökmü ilə Kəmalə Əzizova3 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zalından həbs edilən Kəmalə Əzizova 3 saylı istintaq idarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər