19 İyun 2019 14:16
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda üç nəfərin ölümündə təqsirli bilinən Allahverdi Məmmədov və Mais Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

Hazırlıq iclasının vaxtı hələki müəyyən olunmayıb.

İttihama görə, ötən ilin iyunun 30-da Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə Mais Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdirilib.

İstintaq araşdırıması zamanı bu dəhşətli qəzanın günühkarları Allahverdi Məmmədov və Mais Mustafayev olduğu müəyyən edilib.

İstintaq orqanı tərəfindən Allahverdi Məmmədov və Mais Mustafayevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər