9 Sentyabr 2014 15:07
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Ü.Hacıbəyli prospektində qeydə alınıb. Füzuli rayon sakini Cəsarət Fərəcovun idarə etdiyi “KamAZ” və Ağdam rayon sakini Cəlal Abbasovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub, C.Abbasov hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: