20 İyun 2019 10:52
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dələduzluq etməkdə təqsirli bilinən deputatılığa keçmiş namizəd Xalidə Şirəlizadə, Suliddin Məmmədov, Firdovsi Şirəıliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xalidə Şirəlizadə, Suliddin Məmmədov, Firdovsi Şirəıliyev vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilirlər.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər