Aktyor Rza Rzayevin bacısı, 220 saylı məktəbin direktor müavini Zeynəb Rzayevanın xüsusi ittiham qaydasında məhkəməyə verdiyi valideynlər - Pərvanə Salmanova və Aliyə Məmmədova məhkəmə qərarından Bakı Apelyasiya Məhkəməsinə müraciət ediblər.
Teleqraf.com xəbər verir ki, Pərvanə Salmanova və Aliyə Məmmədova barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Şikayət araşdırılması üçün hakim Habil Məmmədovun icraatına veriliob.
Məhkəmə baxışı iyunun 24-nə təyin edilib.
İttihama görə, Pərvanə Salmanova və Aliyə Məmmədova mətbuatda Zeynəb Rzayeva haqdda məlumat yayıb.
Zeynəb Rzayeva isə hər iki şəxsi xususi ittiham qaydasında məhkəməyə verib.
Nizami rayon Məhkəməsinin hökmü ilə onların barəsində 6 ay islah etmə işləri hökmü çıxarılıb.
Bundan başqa, məhkəmə ekspertizasına görə, xərclənmiş 320 manatın Pərvanə Salmanova və Aliyə Məmmədovadan müştərək qaydada tutulması ilə bağlı qərar verilib.
Eyni zamanda, şərəf və ləyaqətə və işgüzar nüfuza vurulmuş zərərə görə hər iki qadından 500 manat məbləğinda pul vəsaiti xüsusi ittihamçının xeyrinə tutulması barədə hökm çıxarılıb.