22 İyun 2019 11:41
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qadınları fahişəliyə cəlb edən 1963-cü il təvəllüdlü Qələmnaz Xəlilovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi üzrə material baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəfayel Şirinovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhərinin M.Orucov küçəsində yaşayan Qələmnaz Xəlilovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi aşkarlanıb.

Məlum olub ki, Qələmnaz Xəlilova əvvəldən tanıdığı Səmayə Əliyevanı (ad və soyad şərti verilib – red. ) və başqa qadınları pul müqabilində kişilərlə görüşdürərək qazanc əldə edib.

Müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qələmnaz Xəlilova İsmayıllı şəhərində yerləşən özünə məxsus mağaza və kafedə əvvəlcə kişilərlə görüşərək onlarla sövdələşib, sonra onların qadınlarla görüşünü rayondakı istirahət mərkəzlərində təşkil edib.

İstintaq orqanı tərəfindən Qələmnaz Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər