22 İyun 2019 19:00
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 1980-ci il təvəllüdlü Aleksandr Vladimiroviç Şarov yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Onun istintaq orqanını əməkdaşları tərəfindən dindirilməsi hələlik mümkün olmayıb.

Polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri həyata keçirir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər