24 İyun 12:13
271

Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə cinayət işi üzrə araşdırmanın qapalı iclasda aparılması barədə qərar qəbul edib.

İttihama görə, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib.

Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov