25 İyun 2019 15:49
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisə törədib, qaçamaqda təqsirləndiirlən Eyvaz Eyvazovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Sumqayıt şəhər Məhkəməsinin hökmü dəyişdirilib.

Ehyvaz Eyvazovun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.

Qeyd edək ki, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Eyvaz Eyvazov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən nazazı qalan məhkum apelyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 7-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində baş verib.

Həmin ərazidə Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini E.Eyvazovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2107” markalı avtomobildə olan sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

İstintaq dövründə Eyvaz Eyvazovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər