25 İyun 2019 19:58
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikalı futbolçu Co Malek avtomobili ilə qəza törədib.

20 yaşlı futbolçu toy günündə bəy və gəlinin həyatına son qoyub.

Alexandro Kastra və Mario Peno adlı cütlük hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan futbolçu isə polis tərəfindən saxlanılıb. Məlum olub ki, Malek avtomobil idarə edərkən sərxoş olub.

Qəza baş verən gecə İnstaqramın hekayə bölməsində əlində içki qədəhi ilə rəqs edərkən çəkdirdiyi fotonu paylaşan futbolçunun qəzadan sonra hesabı silinib.

Meksikanın “Santos” klubunda forma geyinən və gələcəyinə ümidlə baxılan futbolçulardan biri olan Co Malekin qəza əsnasında içkili olduğu təsdiqini taparsa, onu ağır həbs cəzası gözləyir.

Qeyd edək ki, futbolçunun atası kamerunlu fubtolçu Yan-Klod Malekdir. O, “Santos”un uşaq akademiyasında oynayan zaman böyük klubların diqqətini çəkib. İlk olaraq Portuqaliyanın “Porto” klubuna icarəyə verilib. Daha sonra “Sevilya”da forma geyinib.


Müəllif: Mənbə/Publika.az