Türkiyənin Ərzincan vilayətində qaynana gəlini tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, 39 yaşlı Nərmin Yüksəl 64 yaşlı qaynanası Yapraq Yüksəllə mübahisə edəndən sonra bıçağa əl atıb.
O, qətl törədəndən sonra evdən qaçıb. Həyat yoldaşını qan içində görən 75 yaşlı Yılmaz Yüksəl hadisədən şoka düşüb.
Yaşlı kişi jurnalistlərə açıqlamasında bildirib ki, 3 ay öncə oğlu qardaşı tərəfindən güllələnərək qətlə yetirilib. 20 gün öncə qızı əri tərəfindən bıçaqlanıb. Bu gün isə qardaşı qızı olan gəlini qayınanasını qətlə yetirib.
Hadisə yerindən qaçan Nərmin Yüksəl polis tərəfindən saxlanılıb. Gəlin-qaynana mübahisəsinin səbəbi açıqlanmır.