Türkiyə məhkəməsi FETÖ terror təşkilatına üzv olmaqda, casusluqda ittiham edilən ABŞ-ın İstanbul konsulluğunun əməkdaşı Nəzmi Mete Cantürkün barəsində olan həbs qərarını ləğv edib.
Teleqraf.com xəbər verir ki, eyni ittihamla Cantürkün xanımı Sevim Cantürk və qızı İrem Cantürk də ittiham olunur.
İstanbulda keçirilən məhkəmə prosesinə ABŞ səfirliyinin müşaviri, ABŞ-ın İstanbul konsulu Daria Darnel, sabiq İstanbul konsulu Ceniffet Davis və digər şəxslər iştirak edib.
Nəzmi Mete Cantürk barədə ev həbsi qərarını qaldıran məhkəmə onun həftədə bir gün polisə məlumat verməsini vacib sayıb, habelə Türkiyə hüdudlarından kənara çıxmasını qadağan edib.