29 İyun 2019 17:09
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini H.Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu almalarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri M.Qasımov, H.Qurbanov, S.Məmmədov və N.Məmmədov olduqları müəyyən edilib.

Onların digər cinayət əməlləri də istisna edilmir.

Bu şəxslərin əməllərindən zərər çəkən digər şəxslər də varsa bu barədə Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi”nə, Səbail rayon Polis İdarəsin və 9-cu polis bölməsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər