Bakıda qonşusunu bıçaqlamaqda təqsirli bilinən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İntiqam Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Elməddin Əliyev bui ilin yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam Mustafayev tərəfindən bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən İntiqam Mustafayev könüllü olaraq polisə təslim olub.