2 İyul 2019 13:00
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Əli Ağaevlinin barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Əli Ağaevlinin kasasiya şikayəti təmin edilməyib.

Bu işdə adı keçən Fuad Kərimov kasasiya şikayəti verməyib. Bu səbəbdən məhkəmə onunla bağlı olan hissədə qərarda araşdırma aparmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov 5 il, Əli Ağaevli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxslərin hər ikisinin cəzası azaldılıb, onların hər birinə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttihama görə, cinayət işi üzrə zərərçəkmiş qismində Qabil Mehdiyev tanınıb. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunub. Təqsirləndirilən şəxslər ziyanı tam ödəyib.

“Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Əli Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüb.

O, həmçinin 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.

Əli Ağaevli həmçinin şairdir, bir neçə kitabın müəllifidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər