3 İyul 2019 11:37
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 15-ə təyin edilib.

Ədalət Əsədullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Ədalət Əsədullayev Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra sərəncama götürülüb. Bundan əvvəl adı “MTN işin”də şahid qismində keçib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər