3 İyul 2019 12:09
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda 4 nəfərin ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Aqşin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində baş verib.

A.Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əhmədov və sərnişinlərindən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölmüş, digər 5 sərnişini, habelə A.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər